Göygöldə çayda batan yeniyetmənin cəsədi tapıldı – YENİLƏNİBbackend

Göygöldə çayda batan yeniyetmənin cəsədi tapıldı - YENİLƏNİB

Göygöldə çayda batan yeniyetmənin meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, 14 yaşlı Murad Allahverdiyevinin cəsədi bu gün səhər saatlarında Gəncə çayının Göygöl rayonundan keçən hissəsində aşkarlanıb.

Cəsəd aidiyyatı üzrə təhvil verilib.

***

Göygöldə 14 yaşlı oğlanın çayda batdığı əraziyə FHN-nin Gəncə Regional Mərkəzinin xususi xilasetmə hissəsinin xilasediciləri cəlb olunub.

KONKRET.az-ın məlumatına görə, xilasedicilər Gəncə çayının Göygöl və Gəncə şəhərindən keçən hissəsində axtarışları davam etdirir.

***

Gəncədə yeniyetmə oğlan çayda boğulub.

KONKRET.az-ın məlumatına görə, çayda boğulan şəxs Gəncə şəhər sakini 14 yaşlı Allahverdiyev Murad Yasin oğludur.

Hadisə yerinə Gəncə Şəhər Baş Polis idarəsinin və digər qurumlarının əməkdaşları cəlb olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*