Bu dövlət müəssisələri ləğv oluna bilər – Hesablama Palatasından milyardlıq xəbərdarlıqbackend

Bu dövlət müəssisələri ləğv oluna bilər - Hesablama Palatasından milyardlıq xəbərdarlıq

Azərbaycanda Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə artıq vergi ödənişlərinin məbləği artıb.

KONKRET.az xəbər verir ki, bu məsələ Hesablama Palatasının “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinə verdiyi rəydə əksini tapıb.

Qeyd olunub ki, 2026-cı ilin ilk doqquz ayında DVX xətti ilə artıqödəmələrin məbləği ilin əvvəli ilə müqayisədə 339.9 milyon manat artaraq 2 milyard 740,6 milyon manata çatıb.

Palata hesab edir ki, artıqödəmələrin artması gələcək dövrlərdə dövlət büdcəsinə vergi daxilolmaları baxımından risk yarada bilər.

Vergi ödəyiciləri gələcək öhdəliklərini əvvəlcədən köçürdükləri vəsait hesabına ödəyə biləcəklər. Bu isə hesablanmış vergi məbləğləri ilə dövlət büdcəsinə faktiki daxil olan vəsaitlər arasında fərqin yaranması ilə nəticələnə bilər.

***
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.

KONKRET.az xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinə verdiyi rəydə bildirilib.

Qeyd olunub ki, dividend ödənişləri etməyən dövlət müəssisələrinin, o cümlədən törəmə müəssisələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədəuyğundur.

Hesablama Palatası əsassız səbəbdən gəlir əldə edə bilməyən, eləcə də son illər ərzində rentabelsizliyi davam edən dövlət müəssisələrinin optimallaşdırılması, struktur yenidənqurulması, ləğvi və ya özəlləşdirilməsi məsələlərinə baxılmasını məqsədəuyğun hesab edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*