Bu gün Azərbaycandan 15 Avropa Birliyi ölkəsinin vətəndaşı təhliyyə edilib.
KONKRET.az Latviya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Air Baltic” şirkətinə məxsus təyyarə əcnəbi vətəndaşları Bakıdan Almaniyanın Frankfurt şəhərinə daşıyıb.
Reysin həyata keçirilməsi üçün pandemiya şəraitində üçüncü dövlətlərdə qalan vətəndaşların Avropa Birliyinin vətəndaş müdafiəsi və əmkdaşlıq mexanizmi işə salınıb. Bu mexanizm çərçivəsində 55 mindən artıq Avropa Birliyi vətəndaşı öz ölkəsinə qayıdıb.
Bakıdan təhliyyə edilən avropalılar arasında Latviya ilə yanaşı, Böyük Britaniya, İslandiya, Norveç və s. ölkələrin vətəndaşları var.
