15 yaşlı uşaq avtobus sürdü, atası cəzalandırıldı – VİDEObackend

15 yaşlı uşaq avtobus sürdü, atası cəzalandırıldı - VİDEO

Bakıda avtobus sürən və bunu videoya çəkərək paylaşan yeniyetmənin valideyni məsuliyyətə cəlb edilib.

KONKRET.az Baş DYP İdarəsinə istinadən xəbər verir ki, “İsuzu” markalı avtobusun yeniyetmə tərəfindən idarə olunmasını əks etdirən görüntü araşdırılıb.

Hadisənin paytaxtın Xəzər rayonunda 15 yaşlı uşaq tərəfindən törədilməsi müəyyən edilib. Baş DYP İdarəsinin əməkdaşları tərəfindən həmin yeniyetmə və atası ilə profilaktik söhbətlər aparılıb. Səhlənkarlığa yol verdiyini etiraf edən valideyn barəsində qanunvericiliyə uyğun tədbir görülüb:

“Baş DYP İdarəsi azyaşlıların sükan arxasına keçməsinə şərait yaradan valideynlərə müraciət edərək belə yanaşmanın əksər hallarda faciəyə gətirib çıxardığını bir daha xatırladır, gənc nəsli qanunlara və ictimai dəyərlərə hörmət ruhunda tərbiyə etməyə çağırır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*