ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda görüşü başlayıb.
KONKRET.AZ-ın xəbərinə görə, ABŞ prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla S-400 və F-35-lər haqda danışacaqlarını bildirib.
Mətbuat konfransından əvvəl açıqlama verən Donald Tramp: “Türkiyə eyni vaxtda həm S-400 və həm də F-35-lərə sahib ola biləcəkmi” sualına : “Bunu danışacağıq” cavabını verib. “Ərdoğan ilə görüşmək böyük şərəfdir. Atəşkəs davam edir. Kürdlərlə görüşdük, razıdırlar. Ticarət məsələlərini müzakirə edəcəyik. İŞİD məsələsində bacarıqlıyıq” – dedi.
Donald Tarmp Suriya ərazisindən ABŞ qoşunlarının geri çəkilməsində haqlı olduğunu da bildirib.
KONKRET.AZ görüşdən hazırlanmış videonu təqdim edir: