17 yaşlı gənc Kürdə boğuldu – YENİLƏNİBbackend

17 yaşlı gənc Kürdə boğuldu - YENİLƏNİB

Zərdabda və Lənkəranda çayda boğulma hadisəsi olub. 

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kür çayının Zərdab şəhərindən keçən hissəsində 1 nəfər batıb.

Bundan başqa, FHN-ə Lənkəran şəhəri, Velədi kəndində çayda 1 nəfərin ması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

***

Zərdabda 17 yaşlı yeniyetmə Kür çayında çimərkən batıb. 

KONKRET.az “unikal”a istinadən xəbər verir ki, Səid Səidməmmədov adlı Zərdab sakini Kürün rayon ərazisindən keçən hissəsində boğulub.

Hazırda onun axtarışları davam etdirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*