Avropa öz ordusunu yaradır? – Sikorskidən təklifbackend

Avropa öz ordusunu yaradır? - Sikorskidən təklif

Polşanın xarici işlər naziri Radek Sikorski Avropa İttifaqının daimi hərbi strukturunun – “Avropa Legionu”nun yaradılmasını təklif edib.

KONKRET.az xəbər verir ki, Sikorski bu barədə “Ekathimerini” qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Rusiya ilə müharibə başa çatdıqdan sonra bu strukturun tərkibinə döyüş təcrübəsi olan ukraynalı hərbçilər də cəlb edilə bilər.

“Avropa Legionunun yaradılmasını qətiyyətlə dəstəkləyirəm. Bu, Avropanın geniş ailəsindən, o cümlədən müharibədən sonra döyüş təcrübəsi qazanmış ukraynalı veteranlardan peşəkar hərbçiləri cəlb edə biləcək məqsədyönlü və daimi struktur ola bilər”, – deyə Polşa XİN rəhbəri bildirib.

Nazirin fikrincə, Avropa ölkələri öz təhlükəsizlikləri üçün daha böyük məsuliyyət daşımalı və böhran vəziyyətində yalnız ABŞ-ın dəstəyinə arxalanmadan müstəqil fəaliyyət göstərməyə hazır olmalıdırlar.

Bununla belə, Sikorski vurğulayıb ki, “Avropa Legionu” NATO-ya alternativ olmamalı və Alyansın funksiyalarını təkrarlamamalıdır. Onun sözlərinə görə, əsas məqsəd NATO çərçivəsində Avropanın hərbi komponentini gücləndirməkdir.

“ABŞ kollektiv müdafiəmizin əvəzolunmaz dayağı olaraq qalır, lakin onun rolu dəyişir. Amerika misilsiz texnoloji və kəşfiyyat imkanlarını təqdim etməyə davam edəcək. Lakin əsas işi yerində Avropa görməli olacaq”, – deyə Polşa diplomatiyasının rəhbəri qeyd edib.

Günay Əli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*