Zelenski Avropanı Ukraynaya hava hücumundan müdafiə vasitələri verməyə çağırdıbackend

Zelenski Avropanı Ukraynaya hava hücumundan müdafiə vasitələri verməyə çağırdı

Ukrayna Prezidenti Vladimir Zelenski Avropadakı tərəfdaşlarını hava hücumundan müdafiə vasitələrinin Ukraynaya daha fəal təqdim edilməsinə çağırıb.

KONKRET.az xəbər verir ki, Zelenski Telegram kanalında bildirib ki, Şimali Koreya istehsalı ballistik raketlər Ukraynada infrastrukturu dağıdır və insanların həyatına son qoyur. Onun sözlərinə görə, Avropaya məxsus raket əleyhinə müdafiə vasitələrinin anbarlarda saxlanmasına yol vermək olmaz.

“Ukraynanın səmasının qorunmasına ehtiyacı var. Tərəfdaşların yeni yardım paketləri xilas edilmiş həyat və qorunan infrastruktur deməkdir”, – deyə Zelenski qeyd edib.

Ukrayna liderinin sözlərinə görə, yalnız bu həftə ərzində Rusiya qüvvələri ölkənin 13 vilayətinə zərbələr endirib. Şəhər və yaşayış məntəqələrinə 1 550-dən çox hücum dronu, təxminən 1 560 aviasiya bombası və 62 raket atılıb. Zelenski raketlərin əksəriyyətinin ballistik olduğunu bildirib.

Onun məlumatına görə, son hücumlar nəticəsində Kiyev və vilayətində 6 nəfər xəsarət alıb. Krivoy Roqda 2 nəfər ölüb, 14 nəfər yaralanıb. Sumıda isə 1 nəfər həyatını itirib.

“İnsan həyatının qorunması vacibdir. Rusiyanı dayandırmaq lazımdır. Yeni yardım paketləri hər gün sözün əsl mənasında xilas edilmiş həyat və qorunan infrastruktur deməkdir”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*