KONKRET.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı ABŞ Nümayəndələr Palatasının Osmanlı İmperiyasındakı “erməni soyqırımı”nı tanımasının Türkiyə-Amerika münasibətlərinə kölgə saldığını deyib.
“ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qətnamələr Türkiyə-Amerika münasibətlərinə kölgə salır və xalqımızın qəzəbinə səbəb olur. 104 il əvvəl baş verən hadisələr üçün qərarı siyasətçilər yox, tarixçilər verməlidir. Türkiyə bu məsələyə açıqdır, arxivlər açdıq, milyondan çox sənəd var, hər kəs gəlib onları öyrənə bilər”, – deyə Ərdoğan Vaşinqtonda amerikalı həmkarı Donald Trampla birgə mətbuat konfransında söyləyib.
Xatırladaq ki, 29 oktyabr səsverməsi nəticəsində ABŞ Nümayəndələr Palatası “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul edib. Qətnamə səs çoxluğu ilə qəbul edilib.
Prosedura görə qətnaməyə əlavə dəyişiklik edilə bilməz. 405 konqresmen lehinə, 10 əleyhinə səs verib.
