İki kişi dəm qazından zəhərləndi, biri öldü – YENİLƏNİBbackend

İki kişi dəm qazından zəhərləndi, biri öldü - YENİLƏNİB

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

2 kişi yaşadığı evdə dəm qazından zəhərlənib. Biri ölüb, digəri isə xəstəxanaya yerləşdirilib.

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov KONKRET.az-a bildirib ki, ölən şəxs 1964-cü il təvəllüdlü Mustafa Bayramovdur. Yaralının şəxsiyyəti müəyyənləşdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*