Türkiyənin Tekirdağ bölgəsində dəhşətli hadisə qeydə alınıb.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, ana Ümmühan Dumanlıoğlu 2 yaşlı qızını ikinci mərtəbənin balkonundan aşağı atıb.
Azyaşlı oradaca keçinib.
Məlumata görə o, ifadəsində bunu cinlərin tələbi ilə etdiyini bildirib:
“Cinlər yanıma gəldi və qızımı yerə atmağımı istədilər. Əgər etməsəm, qızımın cəhənnəmə gedəcəyini söylədilər”.
Ümmühan Dumanlıoğlunun həyat yoldaşı ilə boşanmaq üzrə olduğu bildirilir.
KONKRET.az

