“200 minə yaxın vətəndaş ailə başçısını itirməyə görə pensiya alır”backend

“200 minə yaxın vətəndaş ailə başçısını itirməyə görə pensiya alır”

“Pensiya sistemimizin üçdə bir hissəsi ailə başçısını itirməyə görə pensiyadır”.

KONKRET.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev milli məclisdə “Heydər Əliyev -100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti” mövzusunda keçirilən elmi-praktik konfransda bildirib.

“Məhz o da vəfat etmiş şəxslərin kapitalının, onların əmək qabiliyyətsiz ailə üzvlərinə yönəldilməsi ilə bağlıdır. Bu gün 200 minə yaxın Azərbaycan vətəndaşı məhz ailə başçısını itirməyə görə pensiya alır. Yəni o kapital heç bir yerə itmir. O kapital əmək qabiliyyətsiz şəxslərin pensiyasının ödənilməsinə gedir” , – deyə nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*