2019 və 2022-nin DEKABRI – Koronavirus QAYIDIR?backend

2019 və 2022-nin DEKABRI - Koronavirus QAYIDIR?

2019-cu ilin dekabrında Çinin Xubey əyaləti, Uhan şəhəri, ardınca Qərbin nəzarətində olan dünya koronavirus fəryadı çəkirdi. Həmin dövrdə Rusiya və postsovet ölkələrində COVID-19 barədə lətifələr tirajlanırdı. Kimsə ciddi yanaşmırdı. Azərbaycan mətbuatında koronavirusun önünə ölümcül sözünün əlavə olunması müsbət qarşılanmırdı. Ölkənin ovaxtkı baş infeksionisti bütün müsahibələrində virusu adi qrip növü adlandırırdı. Sonradan dünyada kovid epidemiyaya çevrildi və Azərbaycanın o dövrkü baş epidemioloqu da xəstəliyi sıradan azar adlandırırdı. 2020-ci il fevralın 27-si Operativ Qərargah yaradıldı. İnfeksionistlər də yeniləndi, epidemioloq da dəyişdi. Ümumdünya Səhiyyə Təşkilatının məsləhətləri vacib əməl olunmalılar siyahısına düşdü.

KONKRET.az xəbər verir ki, məqsəd dünyada sürətlə yayılan virusun Azərbaycan fəsadlarının qarşısını almaq idi. Ölkəmiz nümunəvi qabaqlayıcı tədbirlər gördü, karantin rejimi tətbiq etdi, əhali pulsuz vaksinlə (SinoVac) təmin olundu.

2020-2021-ci illərdə 2 doza peyvənd olunduq, buster mərhələni də keçdik və 2022-də koronavirus məhdudiyyətləri, könüllülük prinsipilə sırınan məcburiyyətləri adladıq. Hazırda Yeni ilə hazırlaşır və kovidə yenə istehzalı yanaşırıq. Hazırda dekabrdır. 2019-cu ilin dekabrında da Qərbin Şərqdə yaratmaq istədiyi virus quldarlığını məzhəkəyə qoyurduq.

O vaxt COVID-19 barədə dolaşan qeyri-rəsmi məlumatlar:

– Massonlar bu virusla insan sayını azaltmaq istəyir;
– Vaksinlər kütləvi ölüm və sonsuzluğun ikinci mərhələsi olacaq;
– Əvvəlcə könüllü, sonra isə məcburi peyvəndləmə aparılacaq;
– Rusiya COVID-19 məhdudiyyətlərini Ukraynanın bir hissəsi və “Sputnik V” vaksinlərinin satışı müqabilində qəbul edib;
– Karantinlərlə aclıq, zəif dövlətlərin iqtisadi asılılığı gücləndirilir;
– Ailə institutları məhv edilir;
– COVID-19 5 dalğadan ibarət olacaq və 5G-yə keçiddir;
– Növbəti vaksinasiyada insanlara çip yerləşdiriləcək və s.

Halbuki virus təzə yayılanda müsbət 26°-də məhv olduğu deyilirdi, lakin ən çox yoluxma qışda, şaxtada qeydə alındı. Virusun ilk yayıldığı ölkə – Çinin dünyada ən çox əhaliyə sahib olmasına baxmayaraq ən az ölüm orda qeydə alınmışdı.

Görünür plan dəyişib.

Dekabrın əvvəlindən bu yana Çin əhalisinin 248 milyondan çoxu koronavirusa yoluxub. Çinlilərin 20%-ə qədəri COVID daşıyıcısıdır. “Bloomberg”in məlumatına görə təkcə 20 dekabr tarixində 37 milyon çinli virusa yoluxub.

Bəzi ekspertlərin fikrincə, bu yoluxma Çin iqtisadiyyatını axsadacaq, çünki iş yerlərində ixtisarlar baş verəcək. Həm də Çindən ixracın 90 faizini təmin edən 80 şəhərdə yüksək yoluxma qeydə alınıb. Bu templə yanvarın sonuna kimi Çin əhalisinin yarıdan çoxu yoluxma ilə üzləşə bilər. Çindəki yoluxmalar qəfil və genişmiqyaslı xarakter alsa da, başqa ölkələrdə də vəziyyət qənaətbəxş deyil.

Qeyd edək ki, Rusiya-Ukrayna savaşının başlaması ilə COVID-19 arxa plana keçdi və onu meymunçiçəyi ajiotajı ilə əvəzləyə bilmədilər. Görünür, Ukrayna ilə bağlı atəşkəs elan olunsa, marta (2023) qədər planet yenə maskalanacaq. Ya da təzə buster dozalar əvvəlcə tövsiyə olunacaq, ardınca məcbur vurulacaq. Müddətsiz olan peyvəndə vaxt qoymasalar, yaxşıdır.

Azərbaycanda yoluxmalar heç 200-ə çatmadığından əhali arasında rahatlıq hiss olunur. Hər halda sağlamlığımızı qoruyaq ki, yumşalmış karantin sərtləşməsin. 190 manata möhtac qalmayaq.

KONKRET.az-ın Araşdırma Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*