Makron və Paşinyan 2022-ci ildə Putinin əsas telefon həmsöhbəti olub.
KONKRET.az xəbər verir ki, bu barədə “Mayak” Telegram kanalı araşdırma aparıb.
Məlum olub ki, Fransa Prezidenti Emmanuel Makron ötən 2022-ci ildə Rusiya Prezidenti Vladimir Putinin əsas telefon həmsöhbətinə çevrilib. Liderlər 19 dəfə danışıb.
Nikol Paşinyan (18 telefon danışığı) və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan (14) də ilk 3-lükdə qərarlaşıb.

Xuraman Etibarlı,
KONKRET.az
