25 min məcburi köçkünün “çörəkpulu” kəsildibackend

25 min məcburi köçkünün “çörəkpulu” kəsildi

Bir qrup məcburi köçkünə verilən aylıq sosial müavinət dayandırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Füzuli rayonunun Horadiz qəsəbəsində yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, el arasında “çörəkpulu” deyilən sosial müavinətin verilməsi may ayından etibarən dayandırılıb. Bununla bağlı sakinlərə rəsmi qaydada xəbərdarlıq edilib.

Məlum olub ki, bu qərar Füzuli rayonunun işğal altında olmayan ərazilərinin sakinlərinə şamil edilib.

Sosial müavinəti kəsilən keçmiş məcburi köçkünlərin sayının 25 min nəfər olduğu bildirilib. Onlar hazırda Füzuli rayonunun 22 kəndində və Horadiz qəsəbəsində yaşayırlar.

Bu qərarın şəhid ailələri və müharibə əlillərinə şamil edilib-edilməyəcəyi ilə bağlı hər hansı məlumat verilməyib. (Yenisabah.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*