İngiltərə millisi son 21 oyunda uduzmayıbbackend

İngiltərə millisi son 21 oyunda uduzmayıb

İngiltərə millisinin məğlubiyyətsiz oyunlar seriyası davam edir.

KONKRET.az xəbər verir ki, Qaret Sautqeytin komandası ötən gecə yoldaşlıq oyununda İsveçrəyə 2:1 hesabı ilə qalib gəlib.

Bu, britaniyalıların penaltilər seriyası istisna olmaqla uduzmadığı 21-ci matçdır. İngiltərə millisi ilk dəfədir belə göstəriciyə imza atır.

Sonuncu dəfə 2020-ci ilin noyabrında Millətlər Liqasında Belçika uduzan (0:2) komanda o vaxtdan indiyədək 17 oyunda qalib gəlib, 4 dəfə heç-heçə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*