3 dövlət Rusiyaya qarşı birləşir – Hərbi İTTİFAQbackend

3 dövlət Rusiyaya qarşı birləşir - Hərbi İTTİFAQ

Yaxın vaxtlarda Gürcüstan, Ukrayna və Moldova GUM adı altında hərbi-siyasi ittifaq yaradacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın Siyasi Təhlil və İdarəetmə İnstitutunun direktoru Ruslan Bortnik məlumat yayıb.

“GUM ölkələri yaxın gələcəkdə NATO və AB-yə üzv ola bilməyəcəklər, ancaq Avropa bazarlarına inteqrasiya gedəcək və Şimali Atlantika Alyansının hərbi-texniki dəstəyindən istifadə edəcəklər”, – Bortnik bildirib.

Onun sözlərinə görə, bu ittifaq antirusiya istiqamətli olacaq:

“Bu da məntiqlidir. Çünki hər 3 ölkə Rusiya təcavüzünün qurbanı olub və onların əraziləri Moskvanın işğalı altındadır. İttifaq ABŞ-ın maliyyə və hərbi-texnoloji dəstəyinə ümid edə bilər. Yəqin ki, bu fikir Vaşinqton tərəfindən aktiv dəstəklənir”.

  • Яшьма
    Fevral 10, 2021 - 11:33

    Bu ucluye Azerbaycan Turkiye Ruminiya deqiq qeyri-resmi destek verecek,rusun Qarabagdaki surprizleri hele yeni-yeni baslayir!Hele ruslarin ifasinda ele sehnelere sahid olacagiqki basimizda tuklerimiz dik duracaq!

    • Vüqar
      Fevral 11, 2021 - 08:53

      Çox guman ki.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*