3 rəis nöqsanlara görə İŞDƏN ÇIXARILDIbackend

3 rəis nöqsanlara görə İŞDƏN ÇIXARILDI

Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun təqdimatı əsasında 3 rəis vəzifəsindən azad edilib.

KONKRET.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov əmrlər imzalayıb.

Əmrlərə əsasən, Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovnik-leytenantı Azər Musa oğlu Hacıyev, 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovniki Namiq Vəli oğlu Qocayev və Penitensiar xidmətin Təchizat idarəsinin rəisi ədliyyə polkovnik-leytenantı Mürsəl İslam oğlu Zeynalov nöqsanlara görə işdən çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*