3 yaşlı uşağı qaçırdı və sonra boğub öldürdü – dəhşətli cinayətin ağlasığmaz səbəbi – FOTObackend

3 yaşlı uşağı qaçırdı və sonra boğub öldürdü – dəhşətli cinayətin ağlasığmaz səbəbi - FOTO

Qazaxıstanın Karaqandı Vilayətində qaçırılan 3 yaşlı uşağın meyiti tapılıb. Konkret.az yerli mediaya istinadla xəbər verir ki, uşağın ölümü ilə bağlı məlumat qohumu tərəfindən təsdiqlənib. “Bizi polisə çağırdılar və dedilər ki, Maksim ölüb. Başqa heç nə bilmirik”, – deyə uşağın qohumu bildirib. Uşağın cəsədi yaşayış binalarından birinin yaxınlığındakı bir kənddə tapılıb. Əvvəllər bu sahə xidmət itləri ilə birlikdə polis əməkdaşları tərəfindən yoxlanılıb. Ancaq axtarış zamanı körpə orada olmayıb. Güman ki, uşağın cəsədi oraya gecə gətirilib. “Cəsəd həkimlər tərəfindən müayinə olunur. Deyəsən, boğulub. Ancaq daha dəqiqini ekspertizadan sonra demək mümkün olacaq, – deyə qohumlardan biri vurğulayıb. Xatırladaq ki, daha əvvəl Şetski rayonunun Burma qəsəbəsində üç yaşlı uşağın qaçırıldığı barədə məlumat verilmişdi. Uşağı anasının əlindən əvvəllər məhkum edilmiş 23 yaşlı kişi şəxs oğurlayıb. Qaçırılan uşağın yaxınlarının dediyinə görə, kişi körpənin anasını şantaj edib və onunla münasibət qurmağı tələb edib. Rədd edildikdən sonra o, qadının oğlunu oğurlamaq qərarına gəlib. Faktla bağlı cinayət işi qaldırılıb, axtarışlar davam edir.

RƏHİM

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*