ABŞ prezidenti Co Bayden 30-dan çox ölkənin strateji ehtiyatlarından on milyonlarla barel nefti dövriyəyə buraxmağa hazır olduğunu açıqlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ölkələr bu addımı dünya bazarında qiymətləri aşağı salmaq üçün atmağa hazırdırlar.
Bayden dünyanın 30-dan çox ölkəsinin Beynəlxalq Enerji Agentliyinin fövqəladə iclasına toplaşdığını bildirib. Onun sözlərinə görə, ABŞ enerjinin qiymətini aşağı salmaq üçün strateji ehtiyatlardan gündəlik 1 milyon barel neft dövriyyəyə buraxacaq.
Xatırladaq ki, Avstriya kansleri Karl Nehammer daha öncə ölkəsinin Rusiya neft və qazına qoyulan embarqoya qarşı olduğunu açıqlamışdı.
Müşviq Tofiqoğlu,
KONKRET.az
