backend

36 yaşlı Sumqayıt sakini dəm qazından boğuldu

Sumqayıtda dəm qazından boğulma hadisəsi baş verib.

KONKRET.az FHN-ə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1984-cü il təvəllüdlü Babayev Adışirin Nadir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*