backend

40-50 milyon insan aclıqla üzləşib - BLİNKEN

ABŞ-ın dövlət katibi Entoni Blinken Almaniya xarici işlər naziri Analena Berbok ilə görüşüb.

KONKRET.az xəbər verir ki, görüş Almaniyanın paytaxtı Berlin şəhərində baş tutub.

Blinken deyib ki, Qərbin sanksiyaları deyil, Rusiyanın Ukraynaya qarşı müharibəsi daha 40 və ya 50 milyon insanı aclığa düçar edəcək.

“Rusiyanın Ukraynanı blokadaya alması və Rusiyanın bir çox hallarda siyasi səbəblərə görə taxılı ixrac etməkdən imtina etməsindən başqa heç bir səbəb yoxdur”, – deyə o qeyd edib.

Berbok bildirib ki, beynəlxalq tərəfdaşlar Rusiyanın qeyri-qanuni və sabitliyi pozan taxıl müharibəsinə və müvafiq təbliğata qarşı birgə çalışırlar. Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*