40-a yaxın inək dərmandan zəhərlənərək tələf oldubackend

40-a yaxın inək dərmandan zəhərlənərək tələf oldu

Şəmkirdə mal-qara kütləvi şəkildə tələf olub.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Morul kəndində qeydə alınıb.

Kənd sakini olan Anar Məmmədovun təsərrüfatında inəklər zəhərlənərək ölüb.

Fermer Anar Məmmədov Apa-nın yerli bürosuna bildirib ki, fərdi təsərrüfatında bəslədikləri inəkləri dezinfeksiya etmək üçün Şəmkir rayonunda yerləşən baytarlıq aptekindən “Niastol” dərmanı alıb. Həmin dərmanla mal-qaranı dezinfeksiya etdikdən təxminən 40 dəqiqə sonra heyvanların arasında kütləvi ölüm hadisəsi baş verib. Onun sözlərinə görə, baytarlıq aptekindən aldığı dərman “Niastol” deyil, başqa zəhərli dərman çıxıb.

Anar Məmmədov həmin aldığı dərmanın adiyyatı qurumlar tərəfindən yoxlanılması istəyir.

Hazırda inəklərin kütləvi tələf olması ilə bağlı araşdırma gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*