İcra başçısı ilə Alidədən qonaqlara şəkil qadağası – FOTOLARbackend

İcra başçısı ilə Alidədən qonaqlara şəkil qadağası - FOTOLAR

Ötən gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və tanınmış aparıcı Alidə Mustafayevanın toyu baş tutub.

KONKRET.az xəbər verir ki, paytaxt restoranlarının birində keçirilən tədbirdə A. Mustafayevanın həmkarları sosial şəbəkələrdə fotolar paylaşıb. Maraqlıdır ki, qonaqlar yalnız öz şəkillərini paylaşıb.

Əldə etdiyimiz məlumata görə, cütlük qonaqlara onların şəkillərini yaymağı qadağan edib.

Qeyd edək ki, Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Onlar bir müddət əvvəl rəsmi şəkildə boşanıblar və dörd övladları var.

Alidə Mustafayeva isə fəaliyyətinə ATV telekanalında başlayıb. Daha sonra ANS TV və İTV-də çalışıb. Hazırda AzTV-də aparıcıdır, həmçinin “Aztelekom” MMC və “Baktelecom” MMC-nin mətbuat katibi vəzifəsində çalışır.Qafqazinfo







  • ÜLVİYYƏ İSGƏNDƏROVA
    Fevral 29, 2024 - 23:06

    Dörd uşaq atasına əyib olsun. Alidə isə düzgün seçim etməyib. Subay adama ərə gedərdi. Oturub Oturub evli adama gedib. Nə qədər boşanıb desələrdə yenə ailəli sayılır , icra başçısı; və o icra başçısı olmağa layiq deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*