5 günlük müharibə Ermənistanı bu vəziyyətə saldıbackend

5 günlük müharibə Ermənistanı bu vəziyyətə saldı

Sentyabrın 27-də erməni hərbi birləşmələrinin cəbhəboyu yaşayış məntəqələrinə və mülki əhaliyə hücumuna cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-əməliyyatlar artıq 5 gündür davam edir.

KONKRET.az xəbər verir ki, bütün cəbhəboyu istiqamətdə ağır itkilər verən Ermənistan çətin vəziyyətə düşüb. Sosial-iqtisadi çətinliklə üzləşən işğalçı ölkə ordusunun ərzaq təminatından tutmuş əsgər çatışmazlığına qədər müxtəlif problemlərlə üzləşib.

Döyüş qabiliyyəti tükənir

Azərbaycan Ordusunun əks-hücumları nəticəsində Ermənistan ordusu 2300-dən çox itki verib. Bununla yanaşı, mövqeləri tərk edən, müxtəlif yollarla döyüşməkdən imtina edən erməni hərbçilərin sayı getdikcə artır. İşğalçı ölkənin hərbi-siyasi rəhbərliyi əsgər çatışmazlığını üç mənbənin resursları hesabına aradan qaldırmağa çalışır:

1. Diaspordakı erməniləri müharibəyə çağırır;

2. Xarici ölkələrdən, xüsusilə Yaxın Şərq ölkələrindən olan muzdluları cəlb edir;

3. Səfərbərlik elan olunub;

Diaspor erməniləri döyüşmək üçün Ermənistana gəlməkdən daha çox, sosial şəbəkələrdə və digər informasiya resurslarında sözlə dəstəyə üstünlük verir. Bununla yanaşı, koronavirus pandemiyasına görə sərhədlərin bağlı olması gəlmək istəyənlərin qarşısını kəsir.

Müxtəlif ölkələrdən toplanan muzdlu döyüşçü resursu da tükənməkdədir. Çünki iqtisadi kollapsla, ərzaq qıtlığı ilə üzləşən Ermənistanın muzdlu döyüşçülərin “əmək haqqını” ödəmək üçün vəsaiti azalıb.

Səfərbərlik çağırışı ilə toplanan resurs isə yararsız vəziyyətdədir.

Xəstə və əlillər, yaşlılar və qadınlar… Hazırda erməni ordusunun itkilərini əvəz edən resurslar bundan ibarətdir. Səfərbərliyə alınan və könüllü olaraq hərbi xidmətə gələn yaşlı, xəstə və qadınların döyüş qabiliyyəti yoxdur. Həmçinin, onların hərbi geyim və qida ilə təminatında da problemlər yaşanır.

Ölkədə demoqrafik problemlər, gənclərin iş üçün xarici ölkələrə köçməsi, həmçinin, ordudan yayınmaq üçün müxtəlif yollara əl atması, hətta özlərini cinsi azlığın nümayəndəsi kimi göstərməsi Ermənistan ordusunda canlı qüvvə çatışmazlığını həll etməyin mümkünsüzlüyünü deməyə əsas verir. Video və fotofaktlar, eləcə də sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlar da bunu təsdiqləyir.

Silah və hərbi ləvazimat azalır

Azərbaycan Ordusunun əks-zərbələri nəticəsində Ermənistan 130-dan çox tank və digər zirehli texnika, 200-dən çox artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dən çox hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası, S-300 zenit-raket qurğusu, hərbi kalonlar və digər texnika itirib. Bu itkilərin sayı gün ərzində bir neçə dəfə artır.

Düşmənin məhv edilən hərbi texnikası ilə yanaşı, geri çəkilərkən qoyub qaçdığı texnikalar da var. Mövcud vəziyyətdə erməni ordusu silah və digər hərbi ləvazimatların çatışmazlığı ilə üzləşib.

Dərman və qida problemi

Hərbi əməliyyatlar zamanı minlərlə itkilər verən erməni ordusunda yaralıların sayı da kifayət qədərdir. Ermənistan mediası Xankəndidə hospitalların dolduğunu, yaralıların çoxunun Ermənistanın müxtəlif bölgələrinə aparıldığını yazır. Son məlumata görə, Sisian, İrəvan və Xankəndi hospitalları yaralılarla doludur.

Ermənistan Səhiyyə Nazirliyi xəstəxanalarda yer olmadığı üçün əlavə xəstə qəbulunu məhdudlaşdırıb. Həkim və tibbi işçilərinin çatışmazlığını aradan qaldırmaq üçün könüllülər toplanır. Həmçinin, qan ehtiyatı toplamaq üçün könüllü donor axtarışına çıxıb. Bütün çağırışlara baxmayaraq, qan çatışmazlığı yaşanır.

Ermənistan ordusunun ərzaq təminatında da ciddi problemlər yaranıb. Hətta bütün ərzaq məhsulları ordu üçün toplanmasına baxmayaraq, ehtiyacı tam ödəmək mümkün olmayıb. Hazırda həm ordu, həm də əhali ərzaq qıtlığı ilə üzləşib.

“Newsarmenia” saytı yazır ki, siqaret və qəhvə belə tapılmır.

– Siqaret;

– İçməli su;

– Konservlər;

– Qatılaşdırılmış süd;

– Un məmulatları;

– Qəhvə;

– Gigiyena vasitələri;

Sayt qeyd olunan bu ərzaqların və gigiyena vasitələrinin belə qıtlığının olduğunu yazır.

İşğal olunmuş ərazilərdə Ermənistan tərəfindən yaradılan separatçı “dqr” rejiminin “kənd təsərrüfatı nazirliyinin” çağırışı da real vəziyyəti təsvir edir.

Çağırışda əhaliyə “müharibə şəraitini nəzərə almaq” və ərzaq qıtlığını anlayışla qarşılamaq tövsiyə olunur. Son məlumatlara görə, Ermənistandan Qarabağa göndərilən ərzaq və digər ləvazimatlar da dayandırılıb.

Hərbi əməliyyatların başlanmasından cəmi 5 gün keçir və işğalçı ölkə artıq tükənməkdədir. Nüfuzlu beynəlxalq hərbi-strateji araşdırma mərkəzləri də Ermənistanın mövcud resursları ilə Azərbaycana qarşı müharibəni uzun müddət davam etdirmək imkanının olmadığını təsdiqləyir. Mövcud vəziyyət göstərir ki, hərbi əməliyyatlar davam edəcəyi təqdirdə işğalçı ölkənin qısa müddətdə təslim olmaqdan başqa çarəsi qalmayacaq. Ermənistanın siyasi rəhbərliyinin döyüşlərin dayandırılması üçün qapı-qapı düşməsinin səbəbi də budur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*