Çinin Şandun əyalətində məktəb avtobusunun izdihamın üzərinə düşməsi nəticəsində 5-i şagird olmaqla 11 nəfər ölüb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Çinin Şandunq əyalətinin Taiyan şəhərində baş verən hadisədə məktəb avtobusunun sürücüsü məktəbə yaxınlaşarkən sükanın idarəetməsini itirərək adamlara çırpılıb.
Nəticədə 5-i şagird olmaqla 11 nəfər həlak olub. Aralarında bir şagird və bir valideynin də olduğu 12 nəfərin yaralandığı, birinin vəziyyətinin ağır olduğu hadisə ilə bağlı araşdırma başlanılıb. Servis sürücüsü saxlanılıb.
Xəstəxanada yaralıların müalicəsi davam etdirilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az