Bu gün səhər saatlarında Kiyevdə Lesnaya metro stansiyasında sərnişin ölüb.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ukraynanın “Seqodnya” nəşri yayıb.
Metropolitendə bildiriblər ki, hadisə saat 8:00-dan 8:30-dək baş verib.
“Bəli, belə bir hadisə olub. Bir nəfərin halı pisləşib. Hadisə yerinə gələn həkimlər onun öldüyünü müəyyənləşdiriblər”, – deyə məlumatda bildirilir.
Polis artıq ölmüş şəxsin kiyevli olduğunu müəyyənləşdirib.
“1951-ci il təvəllüdlü kişinin halı qatarın vaqonunda pisləşib. Ona qatardan çıxmağa kömək etsələr də stansiyanın perronunda dünyasını dəyişib. Ölümün dəqiq səbəbi məhkəmə tibbi ekspertizasının keçirilməsindən sonra bəlli olacaq”, – deyə polisdən bildiriblər.
Babək Göyüş
KONKRET.az
