73 yaşlı təqaüdçünün törətdiyi qəzanı bütün ölkə danışır – FOTObackend

73 yaşlı təqaüdçünün törətdiyi qəzanı bütün ölkə danışır - FOTO

Pavlodarda iki qardaşın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədən 73 yaşlı sakini həbs edilib.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri bürosu xəbər verir ki, təqaüdçü yolun kənarındakı avtomobil təkərlərini dəyişdirən insanların fərqinə varmayıb və maşını onların üstünə sürərək piyadaların üstündən keçib. Bununla bağlı keçirilən məhkəməyə ölən qardaşların qohumları Erlan və Baurjanın portretlərini də gətiriblər. Proses bir aydan çox davam edib və təqaüdçü sürücünün günahı tam sübut olunub.

Cinayətin ağırlığını nəzərə alaraq məhkəmə təqaüdçü Temirxan Durmanova hökm oxuyub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmü Pavlodar 2 saylı şəhər məhkəməsinin hakimi Nurlan Kairbekov verib.

Qeyd edək ki, faciə 2019-cu ilin iyul ayında baş verib. Həmin axşam Axmetovlar ailəsi Pavlodardan Qızılçar kəndinə qayıdırmış. Yolda nasazlıq yarandığı üçün sürücü və iki oğlu ehtiyat təkəri maşına bağlamaq istəyiblər. Qardaşlar yolda xəbərdarlıq işarəsi də qoymağı unutmayıblar və əlavə olaraq qəza işıqlarını da yandırıblar. Gənclər təkərləri dəyişməyə başlayanda pensiyaçı Durmanovun maşını altında qalıblar.

Başından və daxili orqanlarından ağır xəsarət alan qardaşlar yerindəcə keçinib. Sürücü, 63 yaşlı ata isə sağ qalıb. Amma o, ömrünün qalan hissəsini əlil kimi yaşayacaq.

Ölən qardaşlardan biri Baurjan Axmetovun həyat yoldaşı və iki övladı var. Uşaqlar atalarının evə nə vaxt qayıdacağını soruşurlar.

Dövlət ittihamçısı Alimjan Şukenov Durmanovun sürəti əhəmiyyətli dərəcədə aşdığını və təhlükəli manevr etdiyini bildirib.

Məhkəmə Durmanova maddi və mənəvi ziyana görə təzminat olaraq zərərçəkən tərəfə 11 milyon təngə cərimə ödəmək barədə də hökm çııxarıb. Təqaüdçü elə məhkəmə zalındaca həbs olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*