Abdulla Aripov yenidən Özbəkistanın Baş naziri vəzifəsinə namizəd oldubackend

Abdulla Aripov yenidən Özbəkistanın Baş naziri vəzifəsinə namizəd oldu

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə Sahibkarlar və İş Adamları Hərəkatının iclası keçirilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, iclasda partiyanın Ali Məclisin Qanunvericilik Palatasına, xalq deputatlarının yerli məclislərinə seçkilərdə iştirakının nəticələri araşdırılıb. Siyasi şura üzvləri Baş nazir vəzifəsinə namizədlərin irəli sürülməsi məsələsini müzakirə edib.

Xatırladaq ki, qanuna görə, Baş nazir vəzifəsinə namizədlik Ali Məclisin Qanunvericilik Palatasına seçkilərdə ən çox parlament yeri qazanan partiya tərəfindən baxılması üçün prezidentə təqdim olunur.

Xatırladaq ki, 12 dekabr 2016-cı ildə hakim Liberal Demokrat Partiyasının qurultayında Abdulla Aripovun Baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb, dekabrın 14-də Ali Məclisin Qanunvericilik Palatası və Senatının birgə iclasında məsələyə baxılıb və təsdiq edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*