Abrahamyandan ŞOK SÖZLƏR: “Bu hakimiyyət nə qədər qalsa, bir o qədər itirəcəyik”backend

Abrahamyandan ŞOK SÖZLƏR: "Bu hakimiyyət nə qədər qalsa, bir o qədər itirəcəyik"

“Əliyevin İrəvandakı hakimiyyəti xalqı yenidən birləşməyə çağırır. Bilmirəm, kim birləşməyə çağırır. Amma onu deyə bilərəm ki, bundan sonra birləşməyə ehtiyac yoxdur. Buna heç həvəsim də qalmayıb.

KONKRET.az xəbər verir ki, bu sözləri Anna Abrahamyan özünün teleqram kanalında vurğulayıb.

O daha sonra yazıb: “Müharibədir, birləşməliyik” kimi şüarlarla baş-qulağımızı bəsdirin apardınız. Artıq unudun belə sözləri. Bir il əvvəl də belə idi. Nə oldu nəticəsi? Biz onlarla birləşdik və Artsaxı (oxu: Qarabağaı) itirdik. Sonra birləşdik ki, bizi saxtakarlıqla döysünlər, polislə qapımızın ağzını kəsərək, bizi cəbhəyə aparsınlar.

Bu hakimiyyət nə qədər qalsa, biz o qədər itirəcəyik. Bunu niyə başa düməməliyik ki?! Anlamasaq, onların sahibləri bizi daha çox yeyəcək. Yəni hazırda mənim üçün bir gündəm var, mənim edəcəyim başqa bir gündəm yoxdur. Mənim onların əmri ilə heç bir əlaqəm yoxdur və bu inamdan bir millimetr də geri çəkilmək fikrim yoxdur”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*