İçərisində ABŞ və iki rus astronavtı olan “Soyuz” kosmik gəmisi Qazaxıstana eniş edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ astronavtı Mark Vande Heyi, Rusiya astronavtları Anton Şkaplerov və Pyotr Dubrovla birlikdə 355 günlük kosmos səyahətindən sonra Qazaxıstana enib.
Qazaxıstanda NASA həkimləri və işçiləri tərəfindən qarşılanan 55 yaşlı Vande Heyinin dərhal Hyustona qayıtması planlaşdırılır.
Şkaplerov kosmik stansiyanı tərk etməzdən əvvəl bildirib ki, “Yer üzündə insanların problemləri var. Biz bir komandayıq. Kosmik stansiya dostluq və əməkdaşlığın simvoludur”.
Xatırladaq ki, Rusiya raketləri ilə Avropa peyklərinin buraxılmasının dayandırılması gərginliyi artırıb.
Rusiya Kosmik Agentliyinin rəhbəri Dmitri Roqozin xəbərdarlıq edib ki, sanksiyalar Beynəlxalq Kosmik Stansiyada texniki problemlər yarada bilər. “Roskosmos” ABŞ-a kosmik gəmilərin satışını dayandıracaq.
İqbal Rzayev,
KONKRET.az
