ABŞ bu şəxslərə sanksiya tətbiq etdibackend

ABŞ bu şəxslərə sanksiya tətbiq etdi

ABŞ Norilsk Nikel şirkətinin sahibi milyarder Vladimir Potaninə və Rusiya Baş nazirinin birinci müavini Andrey Belousova qarşı sanksiyalar tətbiq edib.

KONKRET.az bildirir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

ABŞ hakimiyyəti Potanin və Belousovu SDN adlanan siyahıya salıb.

Bu şəxslərin ABŞ yurisdiksiyasında aktivlərinin bloklanması və ABŞ-dan olan hər hansı kontragentlərlə əməliyyatların qadağan edilməsi nəzərdə tutulur.

Norilsk Nikelin sahibi ilə yanaşı, həyat yoldaşı Yekaterina və uşaqları İvan və Anastasiya da ABŞ sanksiyalarına məruz qalıb.

Həmçinin milyarderin aktivlərinə sahib olduğu “İnterros” holdinqinə də məhdudiyyətlər qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*