ABŞ-da bir kişi burgerə görə öldürüldübackend

ABŞ-da bir kişi burgerə görə öldürüldü

Amerikada, Merilend əyalətindəki Okson Hill şəhərinin sakini burger üçün növbədə dayanarkən baş verən əlbəyaxa davada ölüb.

KONKRET.AZ xəbər verir ki, dadlı burgerləri ilə tanınan restoranda növbədə həddindən artıq çox müştəri olub. Bu isə bəzi alıcılarda diskomfortluq yaradıb. Alıcılardan biri isə daha səbirsiz hərəkət edib. O, yeməyini uzun müddət gözləmək istəməyib və növbədənkənar burgeri almağa çalışıb ki, bu da digər müştərilərin qəzəbinə səbəb olub.

Növbədən çıxan bir nəfər cığallıq edən amerikalını bıçaqlayıb. Yaralıya ilkin tibbi yardım göstərilsə də, həkimlər onun həyatını xilas edə bilməyib. Kişi aldığı bıçaq yarasından xəstəxanada keçinib.

Cinayətkar isə hadisə yerindən qaçıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*