ABŞ-da meşə yanğınları: Həyəcan siqnalı qaldırılıbbackend

ABŞ-da meşə yanğınları: Həyəcan siqnalı qaldırılıb

ABŞ-ın Los-Anceles şəhəri (Kaliforniya ştatı) ətrafında 100 mindən çox insan meşə yanğınları səbəbindən təxliyə olunub, habelə bir nəfərin öldüyü deyilir.

KONKRET.AZ xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Məlumata görə, xilasedicilər 23 min evdən sakinləri köçürüb, yanğın 75 tikilini məhv edib. Ştat ərazisində 1000-dən çox yanğınsöndürən və 4 tibbi yardım mərkəzi çalışır. 300 mindən çox insan işıqsız qalıb.

Yanğın zamanı bir nəfər Kaliforniya sakini alovu söndürməyə çalışarkən ürəktutmadan ölüb. Ştatda bütün xilasetmə xidməti həyəcan siqnalı ilə qaldırılıb.

Yanğı helikopterlərin köməkliyi ilə söndürülüb.

Bir cavab yazın