Ukrayna ordusu Donetsk vilayətinin Redkodub, Novoye və Katerinovka yaşayış məntəqələrini azad edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna “DeepState” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, bundan başqa, Ukrayna hərbçiləri Novomixaylovka və Lipovoye yaşayış məntəqələri yaxınlığında nəzarəti bərpa ediblər.
Bildirlib ki, 51 kv.km, hücum əməliyyatlarının başladığı vaxtdan isə 176 kv.km ərazi azad edilib.
