ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərində son 9 ayda 4 müsəlmanı öldürən 51 yaşlı cinayətkar saxlanılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Albukerke Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, Aftab Hüseyn, Məhəmməd Əfzəl Hüseyn, Naim Hüseyin və Məhəmməd Zahir Əhmədin qətli ilə bağlı 51 yaşlı Məhəmməd Seyid həbs edilib.
Polis Aftab Hüseyn və Məhəmməd Əfzəl Hüseynin öldürüldüyü cinayət yerində tapılan güllə gilizlərinin cinayətkarın evində tapılan tapançaya aid olduğunu bildirib.
Polis rəisi şübhəlinin tutulmasında göstərdikləri əməkdaşlığa görə müsəlman icmasına təşəkkür edib.
İqbal Rzayev,
KONKRET.az
