ABŞ-da neçə azərbaycanlı koronavirusa yoluxub? – AÇIQLAMAbackend

ABŞ-da neçə azərbaycanlı koronavirusa yoluxub? - AÇIQLAMA

“Qaynar xətt” nömrələrinə daxil olan məlumatlara əsasən ABŞ-da yaşayan 17 azərbaycanlının koronavirusa yoluxduğu müəyyən edilib.

KONKRET.az bildirir ki, bu fikirləri “Report”a açıqlamasında Azərbaycanın ABŞ-dakı səfirliyinin konsulu Emil Muradzadə deyib.

Konsul bildirib ki, virusa yoluxan həmvətənlərimizin vəziyyəti yaxşıdır və onlar artıq xəstəxanalarda müalicələrini yekunlaşdıraraq evə buraxılıblar:

“ABŞ tərəfindən ölkə ərazisində koronavirusa yoluxan vətəndaşlarımızın sayı barədə səfirliyə rəsmi məlumat təqdim edilməyib. “Qaynar xətt”ə daxil olan zənglərə əsasən virusa yoluxan 17 həmvətənimizin 16-ı sağalıb, 1 nəfər isə vəfat edib. Vəfat edən şəxs Nyu-York ştatında torpağa tapşırılıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*