ABŞ-da “Telegram” və “TikTok”dan istifadə QADAĞAN EDİLDİbackend

ABŞ-da "Telegram" və "TikTok"dan istifadə QADAĞAN EDİLDİ

ABŞ-ın Corciya ştatının qubernatoru Brayan Kemp yerli məmurlara “TikTok” və “Telegram”dan istifadə etməyi qadağan edib.

KONKRET.az xəbər verir ki, bu barədə “WRDW” telekanalı məlumat yayıb.

Bildirilib ki, məmurlara dövlətə məxsus bütün cihazlarda “TikTok”, “Telegram” və “WeChat”dan istifadə qadağan edilib.

Qubernator bildirib ki, “TikTok” istifadəçilərin məlumatlarını izləyə və saxlaya bilər.

“Çin hökuməti bu məlumatları şirkətlərin kəşfiyyata məlumat verməsini tələb edən milli təhlükəsizlik qanunlarına əsasən əldə edə bilər”, – qubernator bildirib.

Onun sözlərinə görə, oxşar təhdidlərə “WeChat” və “Telegram” messencerlərində də rast gəlinir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*