ABŞ-dan İranın raket proqramına töhfə verənlərə qarşı SANKSİYAbackend

ABŞ-dan İranın raket proqramına töhfə verənlərə qarşı SANKSİYA

ABŞ administrasiyası İranın ballistik raket proqramına maddi dəstək verən şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Tehranın ballistik raket proqramına dəstək verən Məhəmməd Əli Hüseyni və şirkətlərini sanksiya siyahısına salıb.

Açıqlamada, qərarın 13 martda Ərbilə edilən raket hücumundan sonra verildiyi və İran İnqilab Keşikçiləri Ordusunun hədəf alındığı bildirilib.

Xatırladaq ki, İran İnqilab Keşikçiləri Ordusu martın 13-də İraqın Ərbil şəhərinə raket hücumlarına görə məsuliyyəti öz üzərinə götürüb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*