Göyərtəsində altı nəfərin olduğu Eurocopter EC 130 helikopteri ABŞ-nin Kaliforniya ştatının Nipton şəhərində Nevada sərhədi yaxınlığında qəzaya uğrayıb.
KONKRET.az xəbər verir ki, bu barədə NBC televiziyası ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) istinadən məlumat verib.
Məlumata görə, hadisə nəticəsində sağ qalan tapılmayıb.
FAA və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmalara başlayıb.