ABŞ-dən daha bir Gürcüstan açıqlaması: “Hər şeyə yenidən baxırıq”backend

ABŞ-dən daha bir Gürcüstan açıqlaması: "Hər şeyə yenidən baxırıq"

ABŞ mübahisəli “Xarici Təsirlərin Şəffaflığı Aktı”nın qəbulu və ölkənin anti-Qərb dönüşü səbəbindən Gürcüstana yardımına yenidən baxa bilər.

KONKRET.az xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə açıqlamasında Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Miller ölkədə baş verən son hadisələri və hakimiyyətdə olan partiyanın siyasətçilərinin açıq-aşkar qeyri-dost bəyanatlarına münasibət bildirib.

Sözçü deyib ki, hazırda Dövlət Departamentində Gürcüstanla münasibətlərin yenidən müzakirəsi böyük siyasət dəyişiklikləri demək ola bilər.

“Söhbət xüsusilə Gürcüstana göstərdiyimiz yardımın həcmindən gedir – son bir neçə ildə biz təxminən 390 milyon dollar büdcə ayırmışıq, indi buna baxılır. Söhbət potensial sanksiyalardan, viza məhdudiyyətlərindən gedir – biz bunu iki həftədən az əvvəl elan etmişdik. İndi biz nə edəcəyimizi, necə və nə vaxt edəcəyimizi araşdırırıq”, – Miller bildirib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken Gürcüstana münasibətdə viza məhdudiyyətinin tətbiq ediləcəyini bəyan etmişdi ki, bu da ölkədə demokratiyanın pozulmasına görədir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*