ABŞ dövlət katibi İlham Əliyevə zəng etdi – YENİLƏNİB / FOTObackend

ABŞ dövlət katibi İlham Əliyevə zəng etdi - YENİLƏNİB / FOTO

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb.

Telefon danışığı əsnasında regional təhlükəsizlik məsələləri də müzakirə edilib.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.

20:46

ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon söhbəti baş tutub.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ rəsmisi özünün “Twitter” səhifəsində məlumat verib.

“Azərbaycan Prezidenti ilə regional münaqişələrin həlli və Cənubi Qafqazda sülhə doğru irəliləmənin vacibliyi haqqında danışdım. Mən Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür etdim” , -deyə dövlət katibi qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*