ABŞ Filippində “Patriot” YERLƏŞDİRDİbackend

ABŞ Filippində “Patriot” YERLƏŞDİRDİ

ABŞ Filippində “Patriot” hava hücumundan müdafiə sistemi yerləşdirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Inquirer” qəzeti yazıb.

Bildirilir ki, raket sistemi Filippinin şimalında Caqayan əyalətindəki Aparri bölgəsinə yerləşdirilib.

Xəbərdə ABŞ-ın ilk dəfə olaraq həmin regiondakı bir ölkəyə hava hücumundan müdafiə sistemi yerləşdirdiyi qeyd edilir.

Xatırladaq ki, ABŞ və Filippinin martın 28-də Luzon adasında başladığı “Balikatan” (Çiyin-çiyin) təliminin aprelin 8-dək davam edəcəyi gözlənilir. Son illərin ən böyük hərbi təlimlərindən biri olan “Balikatan”da ABŞ-dan 5100, Filippindən isə 3800 hərbçi iştirak edir. “Balikatan” təlimi ilk dəfə 1951-ci ildə Filippin və ABŞ arasında imzalanan “Qarşılıqlı Müdafiə Sazişi” çərçivəsində keçirilib.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*