ABŞ hansı ölkələrə viza məhdudiyyətini tətbiq edir? – SİYAHIbackend

ABŞ hansı ölkələrə viza məhdudiyyətini tətbiq edir? - SİYAHI

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov qırğız vətəndaşları üçün ABŞ-a viza almalarına məhdudiyyət qoyulmasının biometrik pasportun olmaması ilə əlaqədar olduğunu bildirib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzə bürosu xəbər verir ki, mediada Qırğızıstan vətəndaşlarına viza məhdudiyyətlərinin hazırlanması barədə xəbərlər yayıldıqdan sonra ABŞ səfiri Donald Lou Xarici İşlər Nazirliyinə çağrılıb. Tərəflər vəziyyəti müzakirə ediblər:

“Xatırlatmaq istərdim ki, 2017-ci ildə ABŞ Prezidenti Donald Tramp biometrik tətbiq etməyən ölkələrin sakinləri üçün 2020-ci ildən vizaların alınmasına məhdudiyyətlər qoyan sərəncam imzalayıb. Qırğızıstan da bu siyahıya aiddir”.

Nazir qeyd edib ki, qırğız tərəfi səfirə viza məhdudiyyətlərinin mənfi nəticələri barədə xəbərdarlıq edib. Bunun əziyyət çəkən dövlətin deyil, adi vətəndaşların olduğu vurğulanıb.

“Amerika tərəfinə rəqəmsallaşdırma ilə bağlı ətraflı məlumat veririk”, – deyə nazir müavini bildirib.

Qeyd edək ki, viza məhduddiyyəti ilə bağlı ölkələrin siyahısına Qırğızıstanla yanaşı, Belarus, Eritreya, Myanma, Nigeriya, Sudan və Tanzaniya da əlavə edilib.

Bu günə qədər isə Trampın “qara siyahısı”nda İran, Liviya, Somali, Suriya, Yəmən, VenesuelaŞimali Koreya var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*