ABŞ hamilə qadınları da ölkəsinə buraxmayacaq – Səbəbbackend

ABŞ hamilə qadınları da ölkəsinə buraxmayacaq - Səbəb

ABŞ Prezident administrasiyası “analıq turizmi”ni qadağan edən qərar qəbul edib.

KONKRET.az yeni qadağa Yanvarın 23-də Ağ Evdə “doğum turizmi”nin qarşısının alınmasına yönəlmiş viza almaq üçün yeni qaydalar dərc olunub. Məhdudiyyətlər qadınların məqsədli şəkildə ABŞ-a doğuş üçün getdiyi hallarda tətbiq olunacaq. Belə ki, sonradan həmin uşaqlar Amerika pasportunu ala bilirlər. Yeni qaydalara uyğun olaraq, Amerika konsulluğunun əməkdaşları ərizəçilərin ölkəyə bilərəkdən doğuş üçün gedəcəklərini aşkar etsələr, onlara turist vizaları verməyəcəklər. Müvafiq qaydalar Federal reyestrdə dərc edilib. Məhdudiyyətlər “doğum turizmi” sənayesi ilə bağlı qeyri-qanuni fəaliyyətin aradan qaldırılmasına kömək etmək məqsədi daşıyır.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*