ABŞ Quru Qoşunlarının keçmiş xüsusi təyinatlı hərbçisi Piter Rafael Cibinski-Debbins rusiya kəşfiyyatına işlədiyini etiraf edib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında qeyd olunub.
Bəyanatda qeyd olunub ki, 45 yaşlı keçmiş hərbçi 1996-cı ilin dekabrından 2011-ci ilin yanvarına kimi mütəmadi olaraq ABŞ-ın milli müdafiəsi ilə bağlı məlumatları rus kəşfiyyatına ötürürmüş. Onun dəfələrlə Rusiyaya səfər etdiyi də bildirilib.
Bəyanatda o da qeyd olunub ki, Rusiya xüsusi xidmət orqanları ona “İkar Lesnikov” kod adı da veriblər.axar.az
