ABŞ-ın əks-kəşfiyyatı: Rusiya “ABŞ-a qarşı yönəlmiş ölkələrdən biri”dirbackend

ABŞ-ın əks-kəşfiyyatı: Rusiya "ABŞ-a qarşı yönəlmiş ölkələrdən biri"dir  

ABŞ-ın yeni 2020-2022-ci illər üçün əks-kəşfiyyat strategiyasında Rusiya və Çin ABŞ-a qarşı yönəlmiş ölkələr adlandırılıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, əsas tendensiyalar arasında sənəddə “ABŞ-a qarşı yönəlmiş aktyor sayının artması” qeyd edilib. Bunların arasında, ilk növbədə Rusiya və Çin göstərilir.

“Rusiya və Çin, ABŞ-ı hədəfə almaq üçün milli gücün bütün vasitələrindən istifadə edərək və müasir kəşfiyyat imkanlarının genişliyinə görə qlobal miqyasda hərəkət edirlər” deyilir.

Qalan rəqiblər Kuba, İran və Şimali Koreya, terror təşkilatları – İŞİD və Əl-Qaidə, transmilli cinayətkar və ideoloji təşkilatlardır.

Bundan əvvəl Rusiya Federasiya Şurasının Beynəlxalq komitəsinin üzvü Oleq Morozov ABŞ-ın Rusiyaya qarşı çıxacağını bildirmişdi, çünki Moskva Vaşinqtonun əsas rəqibi kimi çıxış edir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*