“Northrop Grumman” aerokosmik şirkəti Ayda işləyə bilən şəxsi aparat yaratdığını elan edib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumat şirkətin saytında yerləşdirilib.
Korporasiya bu aparatı “İntuitive Machines” və “Lunar Outpost” kosmik şirkətləri ilə birgə yaradacaq. Həmçinin sürücü, sükan, ötürücü sistemi və akkumulyatorlara cavabdeh olacaq avtomobil istehsalçısı “AVL” və əvvəllər NASA ilə əməkdaşlıq edən şin istehsalçısı “Mişelin” şirkətləri ilə də əməkdaşlıq ediləcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
