“ABŞ-ın Türkiyəyə qarşı embarqo qərarını qınayırıq. Türkiyəyə qarşı tətbiq olunan sanksiyalara zərrə qədər də önəm vermirik. Təəssüf ki, ABŞ sanksiya tətbiq etməyə öyrəşib”.
KONKRET.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İstanbulda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.
“ABŞ yalnız birtərəfli qaydada razılaşmadan çıxmayıb, həm də bu müqaviləyə sadiq qalanlara təzyiq göstərib. Bu, əslində tamamilə qanunsuz bir davranış idi. İranın etdikləri yalnız ABŞ-ın etdiklərinə cavab olaraq edildi. Biz bütün nüvə silahlarının məhv edilməsinin tərəfdarıyıq. Bununla birlikdə, ABŞ-ın öhdəliklərini pozduğunu bir daha vurğulamaq istərdim” ,- deyə Cavad Zərif qeyd edib.
