ABŞ İran vətəndaşları üçün viza məhdudiyyətləri tətbiq etdibackend

ABŞ İran vətəndaşları üçün viza məhdudiyyətləri tətbiq etdi

ABŞ-a ticarət etmək və qarşılıqlı investisiyalar yatırmaq məqsədilə gələn İran vətəndaşlarına vizaların verilməsi dayandırılıb.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı İmmiqrasiya və ABŞ vətəndaşlığı Xidmətinin (ABŞ Citizenship and Immigrations Services) mətbuat xidməti yayıb.

Press relizdə göstərilir ki, iranlılar üçün yeni viza məhdudiyyətlərinin tətbiqi 2018-ci ildə Vaşinqtonun Tehranla 1955-ci ildə imzalanan dostluq, iqtisadi münasibətlər və konsulluq hüquqları haqqında ikitərəfli müqavilədən çıxması ilə bağlıdır.

“İran vətəndaşlarına verilən E-1 (ticarət və qarşılıqlı investisiyaların inkişafı məqsədilə ABŞ-dan iş icazəsi almaq) və E-2 (ABŞ-da investisiya yatırmaq üçün müəssisə açmaq istəyən sahibkara verilən qeyri-mühacir vizası) vizaları uzadılmayacaq”, – deyə məlumatda bildirilir.

Bununla yanaşı, hazırda ABŞ-da E-1 və E-2 tipli vizalarla yaşayan iranlılar sənədlərin qüvvədə olma müddəti bitənədək ölkədə qala bilərlər.

2018 – ci ilin oktyabrında ABŞ İranla 1955-ci ildə imzaladığı ikitərəfli müqavilədən çıxdığını bəyan edib. Səbəb kimi Tehranın beynəlxalq cinayət məhkəməsindən (BCM) təyinatı üzrə istifadə etmədiyi göstərilib. 5 noyabr 2018-ci ildə ABŞ İrana qarşı sanksiyaları tam həcmdə bərpa edib. Bu, Vaşinqtonun 8 may 2018-ci il tarixində İranın nüvə proqramı üzrə birgə əhatəli fəaliyyət planından (SVD) çıxmasından sonra baş verib. ABŞ prezidenti Donald Tramp 2017-ci ildə İran, Liviya, Somali, Suriya, Yəmən, Venesuela, KXDR və Çad vətəndaşlarına ABŞ-a girişi qadağan etmək üçün prezidentlik səlahiyyətlərindən istifadə edib. Bu qərar bir çox siyasətçilər və Amerika ictimaiyyəti tərəfindən tənqid olunub. Məhkəmələr vasitəsilə bir çox Ştatların hakimiyyət orqanları bu qərarın icrasını dayandırmağa nail olublar. İran generalı Süleymaninin İraqdakı məhvindən sonra Vaşinqtonla Tehran arasında münasibətlərin kəskinləşməsi baş verib. Bir gün əvvəl Ağ Evin rəhbəri Donald Tramp bu əməliyyatın təfərrüatlarını açıqlayıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*